Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək'' - VİDEO

''Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək'' - VİDEO

Tarix: 30 May 2024 15:25

Müğənni Türkan Vəlizadə onun əməliyyatını məsxərəyə qoyan kişi həmkarının cavabını verib.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.

Türkan ona söz atan sənət yoldaşının adını çəkməsə də, efirdən ismarış yollayıb:

"Görürəm ki, həmkarlarımdan bir nəfər var ki, mənə söz atmağa çalışır. O da kişi ifaçıdır. Ona buradan deyirəm ki, kişi kişi ilə dava edər. Qadınla kişi dalaşmaz. O haqqımda deyir ki, "Türkan gözünü, qaşını dartdırıb". Qardaş get sən də dartdır. Bəs sən kişisən, mən isə qadınam. Mənə lazımdır ki, gedirəm qaş-gözümü dartdırıram (gülür). Duet ortağım, meyxanaçı Pərviz Bülbülə deyib ki, Türkana söz atan qarşısında məni görəcək".

Vəlizadənin bu sözlərini proqramda qonaq olan Pərviz Bülbülə gülüşlə qarşılayıb.


Etiketlər:  Pərviz deyib Türkana söz atan qarşısında məni görəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ