Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 18:00
Xəbər verdiyimiz kimi, bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda 3 namizəd rəsmi olaraq qeydiyyata alınıb. Bu barədə məlumatı isə İranın Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun sözlərinə görə, indiyə qədər sənəd təqdim edən şəxslərdən yalnız üçünün qeydiyyatı təsdiq edilib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.