Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2024 08:25
Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən "Trump Organization" şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.
Tramp münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş Amerika prezidenti olub.
Donald Trampın hökmü iyulun 11-nə təyin edilib.