Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiaqo Silva: “Qarabağ”a qalib gəlmişik, yenidən bunu bacarmaq mümkünsüz deyil”

Tiaqo Silva: “Qarabağ”a qalib gəlmişik, yenidən bunu bacarmaq mümkünsüz deyil”

Tarix: 1 Iyun 2024 11:34

"Düşünürəm ki, gözəl futbol tamaşası olacaq".

Sonxeber.net bildirir ki bunu İdman.Biz-ə "Zirə"nin futbolçusu Tiaqo Silva deyib.

24 yaşlı portuqaliyalı qapıçı Azərbaycan kubokunun iyunun 2-də "Qarabağ" keçirəcəkləri final öncəsi fikirlərini açıqlayıb. O, bilet alıb stadiona gələcək azarkeşlərin peşman olmayacaqlarını bildirib: "Oyundan həzz alacaqlar. Ümid edirəm ki, stadion dolacaq. Final buna layiqdir. Çempionat və kubok tamamilə fərqli yarışlardır. "Qarabağ"ın gücü, oyunçularının keyfiyyəti haqqında bilirik, amma bu il onlara bir dəfə qalib gəlmişik, ona görə də yenidən bunu bacarmaq mümkünsüz deyil. Çətin və çox rəqabətli qarşılaşma olacaq".

Silvanın sözlərinə görə, yoxlama oyunlarını da nəzərə alsaq, final "Qarabağ"la bu mövsüm 6-cı duel olacaq: "Ona görə də onların komandası, taktikası, oyunçularının xüsusiyyətləri, hər şey haqda məlumatlıyıq. Bəli, onlar da bizi yaxşı tanıyırlar. Görək onlar bu dəfə hansı sürprizlə meydana çıxacaqlar. Kuboku qazanmaq şansımız 50 faizdir. Finalda favorit yoxdur, bu, hər şeyin baş verə biləcəyi bir oyundur və biz oyunu 90 dəqiqə, əlavə vaxt və ya penaltilərlə qalib gəlmək üçün ən yaxşı şəkildə hazırlaşırıq. Finala da tam köklənmişik".

O, qarşıdakı planlarını da açıqlayıb: "Karyeramla bağlı yalnız finaldan sonra daha çox danışacağam. Amma açıq-aydın daha çoxunu və daha yaxşısını hədəfləyirəm. Durğunluq istəmirəm, yüksəlişə davam etmək istəyirəm, çünki hələ də Avropanın ən yaxşı 5 liqasında oynamaq hədəfim var".

Silvanın sözlərinə görə, gümüş medalla bitirdikləri Premyer Liqada da əla mövsüm keçiriblər: "Avropa Liqasına vəsiqə qazandıq. Çox xoşbəxdik və buna layiq olduğumuzu bilirdik. İndi finalda qalib gəlmək, dincəlmək və geri qayıdanda rəqibləri düşünmək, analiz etmək vaxtıdır. Çünki avrokuboklarda qrupa düşmək istəyirik".

Qeyd edək ki, Azərbaycan kubokun final görüşü iyunun 2-də Liv Bona Dea Arenada baş tutacaq.


Etiketlər:  Tiaqo Silva Qarabağa qalib gəlmişik yenidən bunu bacarmaq mümkünsüz deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ