Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”ın ÇL-i qazanması “Qarabağ”ın xeyrinə oldu

“Real”ın ÇL-i qazanması “Qarabağ”ın xeyrinə oldu

Tarix: 2 Iyun 2024 06:40

"Qarabağ" Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, "Real"ın turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi "Qarabağ"la yanaşı "Ferentsvaroş"un da işinə yarayıb. Hər 2 komanda səpələnməmişlər arasında yer alacaq.

Bundan başqa, "Real"ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.


Etiketlər:  Realın qazanması Qarabağın xeyrinə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ