Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2024 22:34
"Finalda "Qarabağ"a qarşı oynamaq çətindir. Biz sonadək şansımızı qoruduq, amma alınmadı".
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis futbolçuları meydanda göstərdikləri oyuna görə təbrik edib:
"Onların finalda və kubokda etdiklərini ayrı qiymətləndirmək istəyirəm. Birinci hissədə meydanda taktiki savaş getdi. Rəqib hissənin sonlarında ilk təhlükəli hücumda qol vurdu. İkinci yarıda daha çox pressinq etməyə çalışdıq və meydanda açıq futbol getdi".
R. Sadıqov bu görüşün oyunçulara xeyir verəcəyini bildirib: "Bu matç böyüməyimizə səbəb olacaq. Avropa Liqasında eyni istəyə ehtiyacımız var. Hər komanda Avrokubokda iştirak etmək istəyir. Bizim də güclənməyə ehtiyacımız var. Bunun üçün işlərə də start vermişik".