Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça'' Joze Mourinyo ilə müqavilə imzalayıb

''Fənərbaxça'' Joze Mourinyo ilə müqavilə imzalayıb

Tarix: 3 Iyun 2024 01:22

"Fənərbaxça"nın anlaşaraq İstanbula gətirdiyi Joze Mourinyo "Şükrü Saraçoğlu Stadionu"nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mourinyo və Ali Koç birlikdə tribunaları salamlayıb və mərasimdə açıqlamalar veriblər.

Koç, "O, şübhəsiz ki, dünya tarixinin ən yaxşı 5 məşqçisindən biridir" deyib. Mourinyo isə, "Futbol sizin və bizim üçün bir ehtirasdır. Hiss edirəm ki, bu həvəsi hiss edə biləcəyim bir yerdəyəm. Sizin arzularınız mənim arzularımdır", - deyib.

Qeyd edək ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisə verəcəyi maaş haqda məlumat verməyib.

Milli.Az


Etiketlər:  Fənərbaxça Joze Mourinyo ilə müqavilə imzalayıb


RƏYLƏR