Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: İsveçrə neytral statusunu itirib

Rusiya XİN: İsveçrə neytral statusunu itirib

Tarix: 3 Iyun 2024 07:32

Rusiya əleyhinə sanksiyalara qoşulan və Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə razılaşan İsveçrə neytral statusunu itirib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Miroşnik qeyd edib ki, İsveçrə hakimiyyəti münaqişədə iştirak etdiyini göstərib və hansı tərəf olduğunu təsdiqləyib. Ona görə də İsveçrənin neytrallığı və qərəzsizliyindən danışmağa ehtiyac yoxdur.

Diplomat vurğulayıb ki, Bern Ukrayna ilə bağlı sammit keçirməklə öz öhdəliklərinə sadiq olduğunu nümayiş etdirib. Miroşnik sammiti "təbliğat şababaşı" adlandırıb və bunun münaqişənin həllinə gətirib çıxarmayacağını bildirib.


Etiketlər:  Rusiya XİN İsveçrə neytral statusunu itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ