Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 15:04
SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "Fələstin Üçün Min Gənc" təşkilatının 13 üzvü bu gün səhər saatlarında tutulub.
Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib.
"SOCAR Türkiyə" isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.