Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 22:10
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlamentlərinin spikerləri ilə görüşü zamanı geosiyasi qarşıdurma səbəbindən regional təhlükəsizliyə təhdidlərin artdığını deyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Görüşümüz beynəlxalq vəziyyətin misli görünməmiş gərginləşməsi, geosiyasi qarşıdurma fonunda regional təhlükəsizliyə təhdidlərin əhəmiyyətli dərəcədə genişləndiyi vaxta təsadüf edir", - Tokayev bildirib.
O, hər gün Qəzza zolağında yüzlərlə insan, o cümlədən dinc sakin, qadın və uşağın öldürülməkdə davam etdiyini xatırladıb və bunu qəbuledilməz adlandırıb.
Tokayev ikkidövlətli həlli dəstəklədiklərini və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib.