Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2024 21:45
Aktyor Hikmət Rəhimovun rejissorluğunu etdiyi "Apatiya" filminin davamı çəkilir.
Sonxeber.net olay-a istinadən bildirir ki, səhnələri ilə qalmaqal yaradan ekran işinin ikincisi üçün hazırlıqlara başlanılıb.
Bu barədə Rəhimov özü paylaşım edib. Ekran işində Zülfiyyə Qurbanova, Azər Aydəmir, Tural Baxış, Şəhla Əliqızı, Sanura Cəfərova kimi simalar yer alacaq.
Qeyd edək ki, "Apatiya" cəsarətli səhnələri ilə sosial şəbəkələrdə müzakirə yaratmışdı.