Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu istiqamətdə əks-hücuma başladı

Ukrayna bu istiqamətdə əks-hücuma başladı

Tarix: 5 Iyun 2024 08:30

Xarkov vilayətindəki rus işğalçı qüvvələrinin vəzifəsi Ukrayna qoşunlarını həmin əraziyə buraxmamaq idi. Lakin düşmən çox dərinə getdi və bu da rus komandirlərin uzaqgörən olmamasının sübutudur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, hərbi pilot-təlimatçı Roman Svitan rusların Xarkova edilən hücumlarını şərh edərkən deyib.

"Onlar tələyə düşdülər. Cəbhəni saxlamaq üçün qüvvə və vasitələri cəlb etməyə başladıq. İndi orada kifayət qədər ciddi müdafiə xətti var, üstəlik, Ukrayna Silahlı Qüvvələri aktiv müdafiə mexanizmlərini işə salmağa, müxtəlif mövqelərdə əks-hücuma keçməyə başlayıb, rusların isə kifayət qədər ehtiyatı yoxdur.

Rusların səngər qazmağa vaxtı yox idi və Ukrayna qoşunları artıq onları Xarkov vilayətindən çıxarmağa başlamışdı", - ekspert vurğulayıb.


Etiketlər:  Ukrayna istiqamətdə əks hücuma başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ