Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış idmançı faciəvi şəkildə öldü

Tanınmış idmançı faciəvi şəkildə öldü

Tarix: 5 Iyun 2024 11:20

Yarım ağır çəkidə boks çempionu Endi Tam motosiklet qəzasında vəfat edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı sonuncu dəfə mayın 17-də döyüşüb. 10 raundluq döyüşdə Corc Stüarta uduzub.

Cəmi 13 gün sonra, mayın 30-da şotlandiyalı boksçu motosiklet sürərkən, doğulduğu Kambernauld şəhərində avtomobil ilə toqquşub. O, ağır xəsarətlərlə Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına aparılıb. Bazar günü orada vəfat edib.

Polis qəzanın baş vermə şəraitini araşdırmağa davam edir.


Etiketlər:  Tanınmış idmançı faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ