Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səhnədə kişi özünü qadın kimi aparmamalıdır”

“Səhnədə kişi özünü qadın kimi aparmamalıdır”

Tarix: 6 Iyun 2024 10:40

"Bizim efir məkanlarımıza ayaq açdığımız vaxtlarda bərklik, sərtlik, xasiyyətsizlik var idi. Bunları görüb özümə dedim ki, mən belə olmaram. Mənim sözüm o kişi müğənnilərədir. Hər şey öz qədərində daha gözəldir. Şou başqa şeydir. Mən bu şounun "anti" tərəfinin nə olduğunu bilmirəm. Amma yaxşı deyil".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi xanım və kişi həmkarlarının səhnədə özünü əks cinsin nümayəndələri kimi aparmalarını tənqid edib:

"Mən heç zaman gözləmirdim ki, verilişə gələndə soruşum ki, "Digər qonaqlar kim olacaq?" Heç vaxtı o sual xoşuma gəlməyib. Çünki qarşı tərəfdə fikir oyadarsan ki "Səni dəvət edirik və sənə dəyər veririk". Mən axı verilişə gələndə niyə qaş qabaqlı oturum ki? Amma bəzən elə insanlarla bir araya gəlirik ki, o məni sıxır. Səhnədə xanımın xanım, kişinin kişi yeri olmalıdır. Kişi özünü xanım kimi aparmamalıdır".


Etiketlər:  Səhnədə kişi özünü qadın kimi aparmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ