Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyirlər, Orxan özü-özünü itirib”

“Deyirlər, Orxan özü-özünü itirib”

Tarix: 6 Iyun 2024 13:30

Mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən övladlıq oğlu Orxan Nadirovla bağlı yeni məlumatlar yayılıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə "Səni axtarıram" verilişində məlumat verilib.  Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bildirib ki, Orxanla bağlı Türkiyədən zəng gəlib:

"Məni şoka saldı. Mənə bu oğlanın özü-özünü itirdiyini deyənlər də var. Borclu olduğu şəxslərdən qaçıb gizləndiyini deyənlər də. Anasının məqsədli şəkildə bu məsələni ictimailəşdirib o borclardan canını qurtarmaq istədiyini deyənlər də... Bunlar doğrudursa da, bu Orxanı tapıb çıxarmaq lazımdır. Aldığım  məlumata görə Orxan Türkiyədədir və onu orada görüblər. Bəlkə də həqiqətən bu qadın düşündüyümüz kimi məzlum, məsum, hamı tərəfindən əzilən qadındır. Bunu qaldıra bilmir. Digər tərəfdən düşünürəm ki, nə vaxtsa mənim oğlumun başına belə bir şey gəlmiş olsa, nə qonşu, nə qohum, nə də məktəbdəki müəllimləri düşünərəm. Açığı deyirəm sizə, mən Lalə xanımı efirə yalvara-yalvara çıxarıram. Biz Orxan üçün etdiyimiz hər şeyi etmişik. Bundan sonrakı proseslərdə bizə ana lazımdır. Az qala hər gün ona yalvarıram ki, ay xanım, gəlin siz müraciət etməlisiniz. Yalan-gerçək oğlunun Türkiyəyə uçduğu məlum olub. Bunu öyrənməliyəm. Ana olmadan gedib nəyisə öyrənə bilərəm? Mən kiməm ki? Türkiyədən bu xəbəri öyrənmək üçün biz kifayət etmirik".


Etiketlər:  Deyirlər Orxan özü özünü itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ