Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 15:00
"Neftçi"nin yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.
Sonxeber.net bildirir ki, Sportinfo.az bu barədə paytaxt klubunun rəhbərliyinə yaxın mənbədən məlumat əldə edib.
Redaksiyamıza bildirilib ki, Miodraq Bojoviçi əvəzləməyə namizədlərin siyahısı artıq müəyyənləşdirilib. Bura 1, 4 əcnəbi mütəxəssis daxildir.
Müşahidə Şurasının üzvləri onlarla bağlı geniş fikir mübadiləsi aparmaqdadır. Hələlik əsasən 2 nəfərin üzərində dayanılıb.
Şuranın yeni, amma hələ rəsmi surətdə ictimaiyyətə təqdim olunmayan sədri Murad Heydərov bu prosesdə aktiv iştirak edir.
Bir neçə gün içində şuranın toplanması nəzərdə tutulub.