Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 22:38
İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Ankaranın bir sıra məhəllələri, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarının girişləri, onlarla nəqliyyat vasitəsi su altında qalıb.
Şəhər bələdiyyəsinin işçiləri ekskavatorlarla sürücülərə və sərnişinlərə kömək etmək üçün əraziyə gəliblər.
Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.
Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.