Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təəssüf ki, Paşinyan haqlıdır - Rusiya

Təəssüf ki, Paşinyan haqlıdır - Rusiya

Tarix: 11 Iyun 2024 08:18

Aprelin 10-da Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya-Ermənistan münasibətləri çətin dövrlərdən keçir. Təəssüf ki, mən onunla razılaşmalıyam.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində deyib.

O bildirib ki, İrəvan əsassız olaraq Rusiyanı və KTMT-ni tənqid edir:

"Mən burada Qərbin Ermənistana qarşı təxribat siyasətinin nəticəsini görürəm. Onlar bütün gücləri ilə İrəvanı Rusiya ilə qarşıdurmasının Qərb sxemlərinə cəlb etməyə çalışırlar, Ermənistanın təhlükəsizliyi və erməni xalqının maraqları haqqında heç düşünmürlər".

Qaluzinin fikrincə, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq kimi qeyri-real istəyi ilə əlaqədar antirusiya yanaşmalarını tətbiq etmək üçün maliyyə-iqtisadi potensialından istifadə edir:

"Halbuki Rusiya Ermənistan üçün ən böyük investordur, Rusiya kapitallı müəssisələr isə respublika büdcəsinin əsas vergi ödəyiciləridir. Bu gün Ermənistanda ÜDM-in artımı daha çox Aİİ məkanında sıx iqtisadi əlaqələrlə bağlıdır.

Biz hər şeyə ciddi yanaşırıq, ciddi insanlarıq, Ermənistanda Rusiyanın onun üçün unikal, danılmaz rolunun dərk edilməsinin üstünlük təşkil edəcəyini gözləyirik. Heç bir Qərb ölkəsi və yaxud bütövlükdə Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz".

O əlavə edib ki, Rusiya həm KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həm də ikitərəfli sazişlərə uyğun olaraq Ermənistanı özünün ən yaxın müttəfiqi, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaşı hesab edir.


Etiketlər:  Təəssüf Paşinyan haqlıdır Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ