Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanış olduğu qızın adına kredit götürdü, daha sonra isə...

Tanış olduğu qızın adına kredit götürdü, daha sonra isə...

Tarix: 11 Iyun 2024 11:46

Buryatiyada (Rusiya Federasiyası subyektlərindən biri. - red) 20 yaşlı oğlan tanış olduğu 19 yaşlı qızın adına kredit götürüb. Daha sonra o qızı amansızcasına qətlə yetirib. 

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsi məlumat yayıb.

Məlumata görə, faciə Ulan-Ude şəhərində baş verib. Gənc oğlan qızla tanış olub və onu gəzintiyə dəvət edib. Gəzinti zamanı o qızın telefonu ilə onlayn kredit üçün müraciət edib. Bundan sonra oğlan pulu özünə göndərib. 

Dəhşətlisi budur ki, gənc oğlan qızı Puqaçov küçəsindəki tərk edilmiş qaraja aparıb, onun başına çox sayda daş vurub. Hadisə nəticəsində 19 yaşlı qız həyatını itirib. Bunu görən oğlan meyitin üstünə zibil atıb və telefonu götürərək ərazidən qaçıb. 

Rus qonşu rayonda saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Tanış olduğu qızın adına kredit götürdü daha sonra isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ