Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2024 09:04
G7 ölkələri İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maraqları naminə istifadə etmək üçün yeni addımlar atacaqlarını elan edəcəklər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"G7-nin bu həftənin sonunda keçiriləcək görüşü aydın şəkildə göstərəcək ki, Ukraynaya sadiq qalırıq. Biz qəti addımlar atacağıq və Rusiya Prezidenti Vladimir Putinə göstərəcəyik ki, vaxt onun tərəfində deyil, biz Ukraynanın azadlıq mübarizəsini dəstəklədiyimiz halda o, bizdən üstün ola bilməz", - C.Kirbi qeyd edib.