Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı ilə bu sahədə əməkdaşlığı genişləndirmək istəyirik

Bakı ilə bu sahədə əməkdaşlığı genişləndirmək istəyirik

Tarix: 12 Iyun 2024 23:32

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Asif Məhəmməd Xavaca Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

Nazir bildirib ki, Pakistan böyük resurslara malik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana mühüm tərəfdaş kimi baxır.

Asif Məhəmməd Xavaca iki ölkə arasında tarixi, mədəni və dini münasibətlərə əsaslanan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.


Etiketlər:  Bakı ilə sahədə əməkdaşlığı genişləndirmək istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ