Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ baş verib

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ baş verib

Tarix: 13 Iyun 2024 08:40

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 679 min insanın yaşadığı General Santos şəhərindən 241 km cənub-şərqdə, zəlzələ ocağı 34 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Etiketlər:  Filippin sahillərində maqnitudada zəlzələ baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ