Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu çay xolesterini azaldır

Bu çay xolesterini azaldır

Tarix: 13 Iyun 2024 11:39

Bir çox insan bilir ki, lif qəbulunu artırmaq və doymuş yağ və şəkəri azaltmaq qan xolesterin səviyyələrinə müsbət təsir göstərə bilər. Ancaq bu məsələdə çayın faydalarından hər kəs xəbərdar deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, diyetoloqlar xolesterin səviyyəsinə nəzarət etmək üçün hansı çayın daha yaxşı olduğunu açıqlayıblar.

"Ənənəvi çayın tərkibində antioksidantlar var və bir çox sağlamlıq faydaları var, xərçəngin qarşısını almağa və xolesterin aşağı salmağa kömək edir", - diyetoloq Lisa Endryus bildirib.

Buna görə də çay əksər pəhrizlər üçün dəyərlidir və bu içkini gündəlik içmək tövsiyə edilir. 

Mütəxəssislərin fikrincə, yaşıl çay xolesterinin səviyyəsini aşağı salan ən təsirli içkilərdən biridir. Digər çay növləri kimi, o, faydalı antioksidantları ehtiva edən polifenollarla zəngindir. 2023-cü ildə aparılan kiçik bir araşdırma, gündə üç stəkan yaşıl çay içən diabet və nefropatiyalı insanların ümumi xolesterinin azaldığını aşkar edib. 

Bu yaxınlarda aparılan meta-analiz yaşıl çayın həm ümumi xolesterini, həm də LDL xolesterini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Bununla belə, alimlər qəti nəticələr çıxarmaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Milli.Az


Etiketlər:  Bu çay xolesterini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ