Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron məğlub olsa... - Kiyev üçün arzulanmaz ssenari

Makron məğlub olsa... - Kiyev üçün arzulanmaz ssenari

Tarix: 14 Iyun 2024 09:02

Milli Assambleyaya növbədənkənar seçkilərdə sağçı Milli Birlik Partiyası qalib gələrsə, Fransa Ukraynaya hərbi dəstəyi əhəmiyyətli dərəcədə azalda bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Jurnal du Dimançe"də yayımlanan məqalədə bildirilir.

Qeyd edilir ki, ümumiyyətlə, bu halda Ukraynaya hərbi yardım sual altına düşə bilər.

Fransa Müdafiə Nazirliyindəki mənbə nəşrə bildirib ki, Prezident Emmanuel Makron Ali Baş Komandan vəzifəsində qalsa da, Kiyevə hərbi yardımın ayrılması ilə bağlı sənədlər yenə də seçkilərdə qalib gələn tərəfin təyin etdiyi müdafiə naziri tərəfindən imzalanacaq.

Qeyd edək ki, Milli Birlik Partiyası xəbərdarlığında Ukraynaya silah tədarükünə qarşı olmadığını açıqlayır, lakin bunun Fransa ordusuna zərər verməyəcək şəkildə edilməsinin tərəfdarıdır.

Fransada növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.


Etiketlər:  Makron məğlub olsa Kiyev üçün arzulanmaz ssenari


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ