Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanla gömrük sahəsində imzalanan protokol təsdiqləndi

Qırğızıstanla gömrük sahəsində imzalanan protokol təsdiqləndi

Tarix: 14 Iyun 2024 13:54

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilib.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Milli.Az


Etiketlər:  Qırğızıstanla gömrük sahəsində imzalanan protokol təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ