Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 13:18
13:15
İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.
Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də "Daşnaksütyun" partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.
Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.
---------
12:03
Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.
Ötən gün "Daşnaksütyun"un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.