Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berti Foqts: “Avrokuboklarda gözüm həmişə “Qarabağ”ı axtarır”

Berti Foqts: “Avrokuboklarda gözüm həmişə “Qarabağ”ı axtarır”

Tarix: 15 Iyun 2024 12:18

"Avrokuboklarda gözüm həmişə "Qarabağ"ı axtarır".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

Təcrübəli almaniyalı mütəxəssis ölkəmizdə işlədiyi illəri xatırlayıb. O, İTV-yə müsahibəsində bildirib ki, ölkəmizdə həmişə xoş münasibət görüb: "Azərbaycanda işlədiyim vaxtlar çox yaxşı illər idi. İnsanlarınızı çox bəyənirəm. Mən orda Almaniyadan olan baş məşqçi kimi yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların mənə olan münasibəti çox gözəl idi. Jurnalistlərin də həmçinin".

Qeyd edək ki, Foqts yığmamıza 2008-2014-cü illərdə rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Berti Foqts Avrokuboklarda gözüm həmişə Qarabağı axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ