Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkəməyə verilən Hüseynin bank hesabları bloklandı

Məhkəməyə verilən Hüseynin bank hesabları bloklandı

Tarix: 15 Iyun 2024 21:40

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov məhkəməlik olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Moskva Vergi Müfəttişliyi Hüseyni məhkəməyə verib və onun 4 bankdakı hesablarını bloklayıb. Bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Lakin nəşrin görə, bloger 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və hələ də dövlətə 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcludur.

Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.

Hazırda o, özü Qırğızıstandadır. 

Milli.Az


Etiketlər:  Məhkəməyə verilən Hüseynin bank hesabları bloklandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ