Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ancelina Coli yeniyetmə qızı ilə görüntüləndi - FOTO

Ancelina Coli yeniyetmə qızı ilə görüntüləndi - FOTO

Tarix: 16 Iyun 2024 19:10

Hollivud aktrisası Ancelina Coli qızı Vivyen ilə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc olunub.

49 yaşlı Ancelina və 15 yaşlı Vivyen Nyu-York hava limanında paparassilərə tuş gəliblər.

Aktrisanın üzü izləyicilərinin diqqətini çəkib. Bəzi internet istifadəçiləri onun plastik əməliyyat etdirdiyini düşünürlər.

Qeyd edək ki, Ancelina Colinin altı övladı var. Onların üçü Coli və Bred Pittin bioloji övladlarıdır.

Cütlük 2016-cı ildə ayrılıb.

Milli.Az


Etiketlər:  Ancelina Coli yeniyetmə qızı ilə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ