Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2024 15:15
Rusiyalı müğənni Lolita Milyavskaya "Muz-TV"nin mükafatlandırma mərasiminə bir milyon dollar, hətta daha baha olan zinət əşyası taxaraq gəlib.
Sonxeber.net olke.az-a istinadən bildirir ki, bu, zümrüdlü boyunbağı olub. Lolitanın dediyinə görə, o, boyunbağını özü özünə hədiyyə edib.
Zərgər Qriqori Bakatov zinət əşyasını bir milyon dollardan çox qiymətləndirib. Onun sözlərinə görə, boyunbağının əsas özəlliyi 10 karatlıq zümrüddür.
"Nadir və inanılmaz dərəcədə bahalı bir zərgərlik əşyasıdır", - zərgər bildirib.