Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki nəfərin ölməsinə səbəb olan polisə HÖKM OXUNDU

İki nəfərin ölməsinə səbəb olan polisə HÖKM OXUNDU

Tarix: 17 Iyun 2024 16:30

Tıva Respublikasında məhkəmə səhlənkarlıq ucbatından  nəfərlik ailənin yanıb ölməsinə səbəb olan 37 yaşlı polisə hökm oxuyub.

Milli.Az lent.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxs üç il şərti cəza ilə sərbəst buraxılıb. Məhkəmə onun hüquq-mühafizə orqanlarında işləməsini qadağan edib.

Məhkum Qızıl polis şöbəsində əməliyyat növbətçisinin köməkçisi olub. 2022-ci ilin oktyabrında gecə saatlarında yerli sakin ona zəng edərək kömək istəyib. Müraciət edənin sözlərinə görə, onun sərxoş yeznəsi həyat yoldaşını və uşaqlarını hədələyib. Lakin polis məmuru qadının mesajına məhəl qoymayıb və hadisə yerinə qrup göndərməyib. Nəticədə kişi ailəsi ilə birlikdə evi yandırıb. Biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, üç nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  İki nəfərin ölməsinə səbəb olan polisə HÖKM OXUNDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ