Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 15:12
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.
Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.