Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Don Omar xərçəngə TUTULDU: Xəstəxanadadır - FOTO

Don Omar xərçəngə TUTULDU: Xəstəxanadadır - FOTO

Tarix: 18 Iyun 2024 17:05

Əsl adı Uilyam Omar Landron Rivera olan 46 yaşlı Puerto-Rikolu reper və aktyor Don Omar xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. 

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, məşhur reper "İnstaqram" səhifəsində xəstəxanadan şəkil paylaşıb.

Don Omar təfərrüatlara varmasa da, xərçəng diaqnozu qoyulduğunu bildirib.

Reperin pərəstişkarları ona dəstək şərhləri yazıblar:

"Mənim gözəl balam, sən əsl döyüşçüsən, əlbəttə ki, bunu da qazanacaqsan!", "İrəli, çempion! Sən uzun müddətdir Yaradanı tanıyırsan. Tanrının köməyi ilə sağlam yaşa və bundan sonra daha bir 50 il konsert ver".

Qeyd edək ki, Don Omar "Regqaetona" turnesinin ikinci mərhələsi üçün hazırlıqlar görürdü və ötən günlərdə paylaşdığı statusda isə pərəstişkarlarını konsertinə dəvət etmişdi: 

"Ən özəl cəhət odur ki, yanımda olan və yanımda olmağı istəyən onlarla insan var. Həyatıma və sənətimə hər zaman ən yaxşısını bəxş edirsiniz, hər birinizə təşəkkür edirəm! Turnenin ikinci mərhələsini gözləyin".

Xatırladaq ki, Don Omar "Dale don dale", "Danza kuduro" kimi hitlərin müəllifidir.

Milli.Az


Etiketlər:  Don Omar xərçəngə TUTULDU Xəstəxanadadır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ