Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 01:12
Avropanı yeni epidemiya ilə bağlı təşvişə salan və qızdırmalı xəstəliklərə səbəb olan "Asiya pələng ağcaqanadı" sürətlə yayılmağa başlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, yoluxucu xəstəliklər üzrə türk mütəxəssis Mine Işık Arıgün bildirib ki, turistlərin sayının artması səbəbindən bu xəstəliklərin Türkiyəyə də yayılma ehtimalı ola bilər.
O, Türkiyənin xüsusilə Avropa bölgəsindən çox sayda turist qəbul etdiyini bildirib: "Bu ağcaqanadlar dang qızdırması, Zika virusu və malyariya kimi viral infeksiyaların ötürülməsinə səbəb olur. Zika virusu illər əvvəl ABŞ-da ciddi epidemiyaya səbəb olmuşdu. Hamilə qadınlar bətndə uşaqlarını itirirdilər".