Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya millisindən növbəti qələbə - YENİLƏNİB - VİDEO

Almaniya millisindən növbəti qələbə - YENİLƏNİB - VİDEO

Tarix: 19 Iyun 2024 22:22

21:45

Bu gün Avro-2024-də 2-ci tura start verilib.

Milli.Az xəbər verir ki, günün ilk oyununda B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gəlib. Albaniya yığması bu oyunda məğlubiyyətdən son anda qurtulub. Matç 2:2 hesabı ilə başa çatıb.

Hər iki komanda ilk turda məğlub olub. Xorvatlar İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

A qrupunda Almaniya Macarıstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Almanlar turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib. Macarıstan isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün son matçında isə Şotlandiya İsveçrə ilə üz-üzə gələcək.

19 iyun

Avro-2024

2-ci tur

B qrupu

17:00. Xorvatiya - Albaniya - 2:2

Qollar: Kramariç, 74, Qyasulya, 76-avtoqol - Laçi, 11, Qyasulya, 90+5

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, "Folksparkştadion" stadionu.

N Komandalar O Q H M T-F X
1 İspaniya 1 1 0 0 3-0 3
2 İtaliya 1 1 0 0 2-1 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1

A qrupu

20:00. Almaniya - Macarıstan - 2:0

Qollar: Musiala, 22, Gündoğan, 67

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, "Reyn Enerqi" stadionu.

N Komandalar O Q H M T-F X
1 Almaniya 2 2 0 0 7-1 6
2 İsveçrə 1 1 0 0 3-1 3
3 Macarıstan  2 0 0 2 1-5 0
4 Şotlandiya 1 0 0 1 1-5 0

-----------

21:13

İkinci hissə başladı.

-----------

20:48

Oyunda fasilə elan edildi.

-----------

20:01

Matç başladı.

-----------

19:59

Almaniya millisi AÇ-2024-ün qrup mərhələsində ikinci matçına çıxacaq.

Milli.Az xəbər verir ki, meydan sahibləri Macarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşmanın start fiti 20:00-da veriləcək.

AÇ-2024, ikinci tur

Almaniya - Macarıstan 20:00

Almaniya hesabı açdı. Camal Musiala 22-ci dəqiqədə fərqləndi. Hesab: 1-0

Milli.Az


Etiketlər:  Almaniya millisindən növbəti qələbə YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ