Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, biabırçılıqdır''

''Bu, biabırçılıqdır''

Tarix: 20 Iyun 2024 09:10

"Bu gün zövqü korlayanların 90 faizi meyxana ifaçılarıdır. Yüzdə yüz belədir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "İncə səhər" verilişində deyib. Sənətçi mahnı oxuyan meyxanaçılarla bağı sərt fikirlər səsləndirib: "Mən meyxana deyənlərə qeyri-adi istedad sahibləri kimi baxıram. Hazır şairdirlər. Anıdən bir şeir desinlər, bax. Amma mahnı oxumaqları biabırçılıqdır.

Bir qismi, məsələn, Namiq Qaraçuxurlu, Vüqar, Aydın Sani, Vasif Əzimov yaxşı oxuyur, qalanlarının mahnı oxumağı bərbaddır. İnsanların zövqünü korlayırlar. Dostlarımdır, istəyirlər incisinlər, özləri bilər. Amma meyxana deməkləri dəhşətdir, onlar meyxana deməkdə əlçatmazdılar. İstər Orxan Lökbatanlı olsun, ya Pərviz Bülbülə, yaxud da başqaları, meyxana deməklərini çox bəyənirəm".

Milli.Az


Etiketlər:  biabırçılıqdır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR