Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda İcbari tibbi sığortanın 4 mərhələdə həyata keçirilməsi təklif edilir

Azərbaycanda İcbari tibbi sığortanın 4 mərhələdə həyata keçirilməsi təklif edilir

Tarix: 25 Noyabr 2019 16:32

Bakı. Elçin Mehdiyev – Trend:

İcbari tibbi sığorta prosesinin mürəkkəbliyini nəzərə alaraq agentlik hökumət qarşısında məsələ qaldıraraq gələn il ölkədə icbari sığortanın mərhələli şəkildə tədbiqini təklif edib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təklif ondan ibarətdir ki, 2020-ci ildə ölkə üzrə proses 4 mərhələli olacaq:

“Belə ki, I rübdə şimal bölgəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron rayonu icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tədbiqi nəzərdə tutulur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda İcbari tibbi sığortanın mərhələdə həyata keçirilməsi təklif edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ