Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 07:48
Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Washington Post" məlumat yayıb.
Belə ki, Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, ABŞ sərhəddən 100 km-dən çox məsafədə silahlarının istifadəsini məhdudlaşdırıb. Qəzetin yazdığına görə, Amerika silahlarının hücumuna məruz qalmayan əsas aerodromlar Rusiyaya ciddi üstünlük verir.
Pentaqonun sözçüsü mayor Çarli Dits bildirib ki, Kiyev Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə çalışdığı yerlərin qorunması üçün istifadə edə bilər:
"Söhbət coğrafiyadan və ya konkret radiusdan getmir, lakin Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücuma hazırlaşırsa, o zaman Ukraynanın sərhəddən ona hücum edən qüvvələrə cavab zərbələri endirmək imkanı var. Kiyevə həmçinin, Ukrayna hava məkanını bombalamaq niyyətində olduqları təqdirdə Rusiya təyyarələrinə zərbələr endirmək üçün Vaşinqton tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verilir".
Qəzet yazıb ki, Ukrayna Silahlı Qüvvələri Ağ Ev və Pentaqon rəsmilərinin bəyanatlarında göstərdikləri kimi əhəmiyyətli hərəkət azadlığına malik deyillər. Kiyevdəki mənbə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri atəş məsafəsində Rusiyaya hücumlar təşkil etməkdə məhduddur.