Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 17:14
Xəbər verdiyimiz kimi, Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, artıq T.Karamollaoğlunu əvəz edəcək şəxsin adı da bəlli olub.
Bildirilib ki, ötən gün Karamollaoğlunun liderliyində partiyanın iclası keçirilib.
İclasda sədrliyə yeganə namizədin partiyanın İstanbul üzrə millət vəkili Birol Aydın deyil, Kayseri millət vəkili Mahmud Arıkan olduğu iddia edilib.
Qeyd olunub ki, partiyanın yeni sədri iyunun 24-də ictimaiyyətə açıqlanacaq.