Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərdar Ortaçın hesabı "ədəbsizliyə görə" bloklandı

Sərdar Ortaçın hesabı

Tarix: 22 Iyun 2024 20:50

Son zamanlar tez-tez Tiktokda canlı yayımlar açaraq gündəmə gələn məşhur türkiyəli müğənni Sərdar Ortaçın sosial şəbəkə hesabı bağlanıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, buna səbəb ulduzun Tiktokdakı canlı yayımlarında söyüşlə danışması olub.

Sosial şəbəkə bunu ədəbsiz davranış kimi qeydə alıb. Bundan başqa, o, spirtli içki qəbul etmək və siqaret çəkməklə də platformanın qaydalarını pozub.

Ulduz bu qərara etiraz edib.

"Tiktok hesabımı bağlayıblar, özümü sanki namus cinayəti işlətmiş kimi hiss edirəm. Mən də İnstaqrama gəldim", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  Sərdar Ortaçın hesabı ədəbsizliyə görə bloklandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ