Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldonun ötürməsini bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır''

''Ronaldonun ötürməsini bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır''

Tarix: 23 Iyun 2024 10:52

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez komandanın kapitanı Kriştiano Ronaldonun Türkiyə ilə oyunda (3:0) etdiyi qol ötürməsini dəyərləndirib.

Sonxeber.net xəbər verir ki, 39 yaşlı hücumçu 55-ci dəqiqədə Türkiyə millisinin qapıçısı ilə təkbətək çıxsa da, daha yaxşı mövqedə olan komanda yoldaşı Brunu Fernandeşə ötürmə edib və o topu qapıya göndərib.

Martinez bu barədə deyib: "Düşünürəm ki, biz bu gün xüsusi bir şey gördük. Böyük hücumçu qapıçı ilə təkbətək gedir və ötürmə fürsəti axtarır. Nə gözəl nümunədir! Bunu, bu fədakarlıq və komanda haqqında düşünməyin həmişə vacib olması faktını bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır".

Qeyd edək ki, ötən gecə keçirilən oyunda Portuqaliya Türkiyəyə 3:0 hesabı ilə qalib gəlib.


Etiketlər:  Ronaldonun ötürməsini bütün Portuqaliya akademiyalarında göstərmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ