Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Windows''da yeni boşluq: Kompüterləri sındırmağa imkan verir

''Windows''da yeni boşluq: Kompüterləri sındırmağa imkan verir

Tarix: 23 Iyun 2024 11:04

"Microsoft" "Windows 11" və "Windows 10"da istifadəçiləri ümumi "Wi-Fi" şəbəkələrinə qoşulduqda risk altına sala biləcək kritik zəiflik müəyyən edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "The Register" xəbər verir.

Nasazlıq (CVE-2024-30078) hakerlərə ictimai istifadə yerlərində, məsələn, hava limanlarında, kafelərdə, mehmanxanalarda və ofislərdə eyni şəbəkəyə qoşulmuş cihazlarda zərərli paketləri işə salmağa imkan verir. Hücumçular istənilən autentifikasiya və ya istifadəçi ilə qarşılıqlı əlaqə olmadan sistemə uzaqdan əmrlər yerinə yetirə və giriş əldə edə bilirlər.

Şirkət rəhbərlərinin sözlərinə görə, problem əməliyyat sisteminin yenilənməsində aradan qalxıb.

Qeyd edək ki, "Windows 11" "Microsoft"un ən yeni əsas əməliyyat sistemi versiyasıdır, 5 oktyabr 2021-ci ildə buraxılıb. O "Windows 10"un (2015-ci ildə buraxılıb) əvəzinə gəlib və bu əməliyyat sisteminin olduğu istənilən cihaz üçün pulsuzdur.


Etiketlər:  Windowsda yeni boşluq Kompüterləri sındırmağa imkan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ