Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazandı

Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazandı

Tarix: 23 Iyun 2024 20:32

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə 2 qızıl və 1 gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.

Yarışın nəticələrənə əsasən S.Cəfərov və A.Aşırov qızıl, Ə. Aşırov isə gümüş medala sahib çıxıb.

Milli.Az


Etiketlər:  Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ