Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisanın əkizləri uşaq evinə veriləcək

Aktrisanın əkizləri uşaq evinə veriləcək

Tarix: 25 Iyun 2024 10:30

60 yaşında uşaq dünyaya gətirən və 9 il sonra dünyasını dəyişən polşalı aktrisa Barbara Senkeviçin əkizləri uşaq evinə göndərilə bilər.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Hazırda uşaqlar müvəqqəti olaraq himayədar ailəyə verilib, lakin məhkəmənin qərarı ilə onların uşaq evinə verilə biləcəyi istisna edilmir.

Aktrisa əkizlərin qəyyumu kimi görmək istədiyi şəxsin adının yazıldığı vəsiyyətnamə qoyub Həmin şəxs aktrisanın rəfiqəsidir.

Lakin məhkəmənin ona uşaqların qəyyumluğunu almasına icazə verəcəyi gözlənilmir.

Artıq bu iş üzrə ilk məhkəmə iclası təyin edilib. Mütəxəssislər, aktrisanın uşaqların qəyyumluğu ilə bağlı qoyduğu vəsiyyətin əsas faktor kimi çıxış etməyəcəyini bildirirlər.

Milli.Az


Etiketlər:  Aktrisanın əkizləri uşaq evinə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ