Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz?”

“Ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz?”

Tarix: 25 Iyun 2024 14:55

Əməkdar artist Mehriban Xanlarova ailəsini qətlə etməkdə ittiham olunan Əhməd Əhmədovun xalasına qəzəblənib.

Sonxeber.net olay-a istinadən bildirir ki, bununla bağlı o, instaqramda paylaşım edib. Aktrisa bacısı oğlunun hüquqi varisi olmaq istəyən qadının videosunu paylaşaraq bunları yazıb:

"Siz nə danışdığınızın fərqindəsiniz? Sizin bacınız oğlu Əhməd, öz ailəsini vəhşicəsinə qətlə yetirib! Bunun heç cürə müdafiə olunası tərəfi yoxdur! Hansı vicdanla bacınızı və onun ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz? Çox gözəl başa düşürük ki, qəyyumluğa götürmək məqsədinin altında nələr yatır... Barmağını qırmaq məsələsinə gəldikdə isə kim edibsə, əcəb edib! Bəlkə düşünürdünüz ki, ailəsini və iki azyaşlı körpəni öldürən canini gül-çiçəklə qarşılayacaqlar?!".


Etiketlər:  Ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ