Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mark Rutte NATO-nun Baş katibi seçildi

Mark Rutte NATO-nun Baş katibi seçildi

Tarix: 26 Iyun 2024 12:30

Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.

Milli.Az APA-ya istinadən bildirir ki, NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rutteni NATO-nun növbəti rəhbəri seçiblər.

Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.

Rutte bu postda hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək.

Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.

Milli.Az


Etiketlər:  Mark Rutte NATO Baş katibi seçildi


RƏYLƏR