Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 09:55
"Mən pul qazanan kişinin xəyanətini bağışlayardım".
Sonxeber.net bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva Azad Azərbaycan Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində deyib.
"İndiki zamanda pul insanın üzünü ağ edən vasitədir, ad-sandır. Pulu istəməyən yoxdur. Amma insan gərək pula satılmasın. Mən pul qazanan kişinin xəyanətini bağışlayardım, çünki tək qadınam. Qadın gecə fikirləşir ki, sabah haradan çörəkpulu qazanım, bu, çox çətindir. O kişi ki, evdə bütün problemləri həll edir, onu bağışlamaq olar. Çünki o, qadına əziyyət vermir. Sevgi də bir yerə qədərdir".