Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 10:40
Bakı. Trend:
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə insana gözəl bədən quruluşu, gözəl sifət cizgiləri bəxş edən, onları gözəl yaşamağa sövq edən və komplekslərdən azad olmağa köməklik göstərən plastik-rekonstruktiv və estetik cərrah Dr.İnarə İsmayılovanı təqdim edirik.
Dr.İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında mastopeksiya-süd vəzilərinin dartılması, mamaplastika-döş formasının dəyişdirilməsi, abdominoplastika-qarın plastikası, rinoplastika-burun plastikası, liposakşn-piylərin əridilməsi, lipofilinq və blefaroplastika-göz qapaqlarının plastikası əməliyyatlarını həyata keçirir.
Qeyd edək ki, Dr.İnarə İsmayılova 2006-cı ildə Odlar Yurdu Universitetində müalicə işi fakültəsini bitirmiş, 2006-2007-ci illərdə Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında internatura keçmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiya keçmiş, 2015-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik Estetik Rekonstruktiv cərrahiyyənin əsaslarını öyrənmiş, 2018-ci ildə Sankt-Peterburqda Estetik cərrahi süd vəzi və bədən şəkilləndirmə və 2018-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda dodaq- damaq yarığı cərrahiyyəsi kursunu mənimsəmişdir. Dr. İnarə İsmayılova 2011-2014-cü illərdə özəl tibb müəssisələrində plastik cərrah kimi çalışıb. 2014-cü ildən Dr. İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında plastik-rekonstruktiv və estetik cərrah kimi çalışır.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/inara-ismayilova/.
Dr.İnarə İsmayılovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin