Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qodin ''Atletiko''dan ayrılır - rəsmi

Qodin ''Atletiko''dan ayrılır - rəsmi

Tarix: 7 May 2019 15:56

"Atletiko"nun futbolçusu Dieqo Qodin bu mövsümün sonu Madrid klubunu tərk edəcək.

Qol.az-ın məlumatına görə, bu barədə o, mətbuat konfransında bildirib.

33 yaşlı müdafiəçi qərarını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib:  "Bura mənim ailəm, klubum və evimdir. Əlvida, demək çox çətindir. "Atletiko"da möhtəşəm vaxt keçirdim. Qalmağımla bağlı görüşlərimiz oldu, amma razılığa gələ bilmədik. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2010-ci ildən Madrid təmsilçisində oynayan Qodinin "İnter"ə keçəcəyi gözlənilir.

 


Etiketlər:  Qodin Atletikodan ayrılır rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ