Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçularımız Belçikanı 3:0 hesabı ilə məğlub etdi

Futbolçularımız Belçikanı 3:0 hesabı ilə məğlub etdi

Tarix: 17 Oktyabr 2025 17:30

"İlk oyun olduğu üçün futbolçularımız həyəcanlı idi".

Sonxeber.net xəbər verir ki, bunu amputant futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Ramil Həbibov Bakıda Belçikanı 3:0 hesabı ilə məğlub etdikləri Millətlər Liqasının C qrupunun oyunundan sonra deyib.

O, komandasının turnirdəki hədəfini açıqlayıb: "Komandadan gözləntimiz birinci olmaqdır. 4 oyunun hamısında qələbə qazanmaq istəyirik. Futbolçularımın fiziki durumu çox yaxşıdır. Bu turnirdən sonra daxili çempionatımız da keçiriləcək".

Qeyd edək ki, millimiz növbəti matçı İsrailə qarşı keçirəcək.


Etiketlər:  Futbolçularımız Belçikanı hesabı ilə məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ